“Barselona”nın prezidenti: “Qrizmann daha artığını edə bilərdi, amma…”

8 Sentyabr 2021 02:28 İspaniya 1 175
“Barselona”nın prezidenti: “Qrizmann daha artığını edə bilərdi, amma…”

“Barselona”nın prezidenti Xuan Laporta açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Laporta icarə əsasında “Atletiko”ya keçən futbolçu Antuan Qrizmannla bağlı fikirlərini söyləyib:

“Xüsusi vəziyyət yaranmışdı. Hamımız ondan çox şey gözlədik. Amma mən onu tənqid etmək istəmirəm.

Qrizmann sistemimizə uyğun deyildi. Hər zaman xoş əhval-ruhiyyəsi var idi. Ona karyerasında və həyatında uğurlar arzu edirəm.

“Barselona” üçün vacib qollar vurub. Daha artığını edə bilərdi, amma çətin vəziyyətə düşmüşdü”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!