"Barsa"nın yeni problemi - 20 milyon bonus ödəməli olacaq

7 Sentyabr 2021 01:52 İspaniya 925
"Barsa"nın yeni problemi - 20 milyon bonus ödəməli olacaq

Çətin günlərini yaşayan "Barselona"nın yeni problemi var.

Sportinfo.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Felippe Koutinyo daha 10 rəsmi oyun keçirsə, katalonlar "Liverpul"a 20 milyon avro bonus ödəməli olacaq.

"Barselona" 29 yaşlı yarımmüdafiəçini "Liverpul"dan bonuslarla birgə 135 milyon avroya transfer etmişdi.

Futbolçunun müqaviləsində yer alan bəndə əsasən, o, komandada 100 oyun keçirsə, katalonlar qarşı tərəfə 20 milyon avro bonus ödəməlidir.

"Barselona"nın 2023-cü ilə qədər sözləşməsi olan futbolçunu maliyyə problemlərinə görə oynatmayacağı gözlənilir. Koutinyo illik 13,5 milyon avro maaş alır.

Braziliya millisinin üzvü komandada keçirdiyi 90 oyunda 23 qol vurub, 14 məhsuldar ötürmə edib

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı