“Roma”dan ayrılan argentinalı La Liqa klubuna keçdi

6 Sentyabr 2021 00:28 İspaniya 1 187
“Roma”dan ayrılan argentinalı La Liqa klubuna keçdi

Argentina yığmasının sabiq yarımmüdafiəçisi Xavyer Pastorenin yeni komandası müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bir neçə gün öncə “Roma”dan ayrılan futbolçu İspaniya “Elçe”si ilə anlaşıb.

Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 32 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 1 illik müqaviləyə imza atıb.

Pastore 2018-ci ildən “Roma”da çıxış edirdi. O, bir neçə gün əvvəl paytaxt klubundan azad agent statusu ilə ayrılmışdı.

Argentinalı bu komandada cəmi 37 oyuna çıxıb, 4 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti