“Barselona”nın hücumçusu Ansu Fatinin forma nömrəsi dəyişdirilib.
Spotinfo.az xəbər verir ki, Fati bundan sonra 10 nömrəli formanı geyinəcək.
Bu nömrə Lionel Messiyə məxsus olub. Messi PSJ-yə keçdikdən sonra təkliflər olmuşdu ki, onun nömrəsi istifadədən çıxarılsın və əbədiləşdirilsin.
Görünür, “Barsa” rəhbərliyi bu təklifi qəbul etməyib.
Fati “Barsa”nın əsas heyətində 2019-cu ildən çıxış edir. 18 yaşlı ispaniyalı 2020/2021 mövsümündə 10 oyun keçirib, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
O, 2020-ci ilin noyabrından dizindəki zədə səbəbindən uzun müddətdir yaşıl meydanlardan kənarda qalıb.

