“Barselona”nın baş məşqçisi Ronald Kuman “Barsa” azarkeşlıərindən narazıdır.
Sportinfo.az xəbər verir ki, Kumanı “Xetafe” ilə qarşılaşmada (2:1) azarkeşlərin davranışı qəzəbləndirib.
Fanatlar oyun boyu Antuan Qrizmanı fitə basıblar. Kuman məsələyə belə münasibət bildirib:
“Başa düşə bilmirəm, niyə azarkeşlərimiz öz futbolçumuzu fitə basırlar? Bu, yaxşı hal deyil. Bəli, əgər futbolçu meydanda can yandırmırsa, yaxşı oynamırsa, etirazını bildirə bilərsən. Amma bu tərzdə yox.
Qrizmanın çətinlikləri olub. Amma belə çətinliklərlə hər bir hücumçu üzləşir. Elə oyunlar olur ki, futbolçu özünün tapa bilmir”.

