"Transfer olacaq - Hücum xəttinə 2 futbolçu ilə danışıqlar aparırıq"

24 Avqust 2021 01:52 İspaniya 980
"Transfer olacaq - Hücum xəttinə 2 futbolçu ilə danışıqlar aparırıq"

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone La Liqanın 2-ci turunda “Elçe”yə qarşı keçirdikləri oyundan (1:0) sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, argentinalı mütəxəssis hücumçuya ehtiyaclarının olduğunu deyib:

“Mövsümə hazırlaşmaq asan olmadı. Futbolçularımız Amerika kubokunda bir çox oyun keçirdilər.

Bəzi oyunçular hazırlığa vaxtında qoşulmadılar. Biz bu vəziyyətə uyğunlaşmaq məcburiyyətində qaldıq.

Transfer olacaq. Hücum xəttinə oyunçu axtarırıq. İki futbolçu ilə danışıqlar aparırıq.

Hücumçuya ehtiyacımız var. Bu, mütləqdir. Uyğun bir variant axtarırıq”.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı