“Barselona”nın maliyyə durumu ağır olaraq qalır.
Sportinfo.az xəbər verir ki, maliyyə vəziyyətini nizamlaya bilməyən klub, bəzi futbolçuları sifariş edə bilmir.
Sifariş edilməyən futbolçular arasında Serxio Aquero da var.
“Barsa” rəhbərliyi ümid edir ki, bəzi futbolçular məvacibin azaldılmasına razılıq versə, problemi həll etmək mümkündür. Artıq Serxi Roberto məsələyə reaksiya verib. O, məvacibinin azaldılmasına razıdır.
Universal futbolçu olan Robertonun məvacibinin nə qədər azaldılacağı deyilmir. Amma İspaniya qanunlarına görə, bu, 50 faizdən çox ola bilməz.
Serxi Roberto 2022-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləsini 2024-cü ilin yayına qədər uzadıb.

