“Messisiz qol vurmaq çətin olacaq” - “Barselona”nın baş məşqçis

15 Avqust 2021 00:14 İspaniya 791
“Messisiz qol vurmaq çətin olacaq” - “Barselona”nın baş məşqçis

“Barselona”nın baş məşqçisi Ronald Kuman açıqlama verib.

Sportinfo.az xəbər verir ki, ESPN-ə danışan niderlandlı mütəxəssis Lionel Messisiz qol vurmağın çətin olacağını deyib:

“Əlbəttə, Messisiz qol vurmaq çətin olacaq. Ötən mövsüm o, 30 qol vurdu. Ancaq indi söhbət fərdlərdən yox, komandadan gedir.

Ansu Fati və Filippe Koutinyo da qayıdandan sonra güclü komandaya sahib olacağıq. “Barselona” hər mövsüm olduğu kimi, yenə də titullar uğrunda mübarizə aparacaq”.

Messi Fransanın PSJ klubu ilə 2+1 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı