“Barselona”nın Messiyə hələ borcu da varmış...

13 Avqust 2021 10:20 İspaniya 1 228
“Barselona”nın Messiyə hələ borcu da varmış...

PSJ-yə keçən Lionel Messi ilə “Barselona” arasında bütün problemlər həllini tapmayıb.

Sportinfo.az xəbər verir ki, “Barsa” Leoya borclu qalıb.

İspaniya nəhəngi argentinalı futbolçuya 40 milyon avro ödəməlidir.

Bu məbləğ bonus mənşəlidir. Messinin müqaviləsində göstərilibmiş ki, əgər hücumçu 2020-ci ilin fevralına qədər “Barselona”da çıxış edərsə, ona bonus ödəniləcək.

Bu məbləğin ödənməsi isə pandemiyaya görə təxirə salınıbmış. Məlumata görə, Messinin vəkilləri həmin məbləği “Barsa”dan tələb etməyə hazırlaşırlar.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı