Klub rəhbərliyini səriştəsizlikdə ITTIHAM ETDI

9 Avqust 2021 12:20 İspaniya 896
Klub rəhbərliyini səriştəsizlikdə ITTIHAM ETDI

Lionel Messinin “Barselona”nı tərk etməsi komanda üzvlərinin də narazılığına səbəb olub.

Sportinfo.az xəbər verir ki, “Barsa”nın liderlərindən olan Pike də məsələyə münasibət bildirib.

O, klub rəhbərliyini tənqid edib: “Klub rəhbərləri son illər səriştəsiz addımlar atdılar. Buna görə də biz cəzalanmalı olduq.

Əgər komandanı Messi səviyyəsində biri tərk edirsə, deməli, hər kəs üçün çətin olacaq. Biz bu səhifəni bağlamalı və irəli getməliyik. Bundan sonra nəyi isə dəyişmək iqtidarında deyilik.

Lazımdır ki, yaxşı oynayaq, qalib gələk, daha səylə çalışaq. Lider funksiyasını başqa futbolçular öz üzərinə götürməlidir.

Təəssüf ki, Messi daha bizimlə deyil. Amma bütün hallarda, irəli boylanmalıyıq".

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı