“Barselona”nın prezidenti Xuan Laporta Lionel Messi ilə yeni müqavilə imzalamamalarının səbəbini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, İspaniya mətbuatına danışan Laporta maliyyə feyr-pleyi qaydalarına görə argentinalı hücumçu ilə yeni sözləşmə imzalaya bilmədiklərini deyib:
“Maliyyə vəziyyətimiz pisdir. Maaşlar gəlirlərin yüz on faizini təşkil edir. Borclarımız çoxdur.
Messi ilə müqavilə imzalaya bilməməyimizin səbəbi maliyyə feyr-pleyi məsələləri ilə əlaqədardır”.

