"Real" üçün toxunulmaz 5 ad açıqlandı

1 Avqust 2021 18:20 İspaniya 963
"Real" üçün toxunulmaz 5 ad açıqlandı

"Real"ın heç vaxt satmayacağı 5 futbolçunun adı məlum olub.

Sportinfo.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Madrid təmsilçisi Tibo Kurtua, Kərim Benzema, Federiko Valverde, David Alaba və Vinisius Junioru satmağı düşünmür.

Baş məşqçi Karlo Ançelotti məhz bu oyunçuların heç bir halda komandadan göndərilməsini istəmir.

Hazırda klub transfer işlərində qənaət edərək PSJ-dən Kilian Mbappeni almağı planlaşdırır. Ona görə də klub adları qeyd olunan oyunçuları satmağı düşünmür.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı