“Real”ın daha bir futbolçusunda koronavirus aşkarlandı

1 Avqust 2021 15:20 İspaniya 706
“Real”ın daha bir futbolçusunda koronavirus aşkarlandı

“Real”ın daha bir futbolçusunda koronavirus aşkarlanıb.

Sportinfo.az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Alvaro Odriosolanın da COVİD-19 testi pozitiv çıxıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Futbolçu qaydalara uyğun olaraq karantinə alınıb.

“Real”da bir neçə gün öncə koronavirusa yoluxan Kərim Benzema sağalaraq komanda ilə məşqlərə başlayıb. Komandanın yeni transferlərindən olan David Alaba isə COVİD-19 testi pozitiv çıxdığı üçün hələ də karantindədir.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı