"Barselona" Messi ilə razılığa gəldi – 5 İLLİK

14 İyul 2021 18:20 İspaniya 848
"Barselona" Messi ilə razılığa gəldi – 5 İLLİK

"Barselona" və Lionel Messi arasında yeni müqaviləyə dair prinsipial razılıq əldə olunub.

Sportinfo.az xəbər verir ki, sözləşmə 5 il müddətinə nəzərdə tutulub.

34 yaşlı hücumçu maaşının 50 faiz azaldılmasına razı olub.

O, klubun maddi vəziyyətinin çox ağır olduğunu nəzərə alaraq və digər oyunçulara nümunə göstərmək istəyi ilə "Barselona"nın şərtlərini qəbul edib.

Bildirilir ki, danışıqlarda pul amili problem olmayıb. Vergiyə cəlb olunma əsas prioritet olub.

Messi ötən mövsüm İspaniya La Liqasında 35 oyuna 30 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun hesabında Çempionlar Liqasının 6 qarşılaşmasında 5 qol və 2 məhsuldar ötürmə də var.

Digər Xəbərlər
Xəbər Lenti