“Barselona”nın təklifini bəyənmədi, əvəzedici komandaya göndərildi

14 İyul 2021 01:24 İspaniya 1 287
“Barselona”nın təklifini bəyənmədi, əvəzedici komandaya göndərildi

“Barselona” klubu futbolçusu İlyaş Moribaya yeni müqavilə təklif edib.

Sportinfo.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi klubun təklifini rədd edib.

Bu barədə “Marca” nəşri məlumat yayıb. Yeni sözləşmənin maliyyə şərtlərini bəyənməyən Moriba təklifə “yox” deyib. Buna cavab olaraq klub rəhbərliyi Moribanı əvəzedici komandaya göndərib.

Moribanın “Barselona” ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir. Yarımmüdafiəçinin “transfermarkt”da dəyəri 25 milyon avrodur.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!