“Xetafe” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, La Liqa təmsilçisi “Barselona”dan Karles Alenyanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
“Barselona”nın yetirməsi olan Alenya ötən mövsümü icarə əsasında “Xetafe”də keçirmişdi.

