"Barselona" və "Atletiko" hansı ulduzlarını dəyişir?

10 İyul 2021 22:00 İspaniya 984
"Barselona" və "Atletiko" hansı ulduzlarını dəyişir?

"Barselona" və "Atletiko" ulduz futbolçularını dəyişdirməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, söhbət Kataloniya təmsilçisinin hücumçusu Antuan Qrizmann və Madrid klubunun yarımmüdafiəçisi Saul Nyigesdən gedir.

İspaniyalı mərkəz yarımmüdafiəçisinin adı İngiltərə "Liverpul"u ilə hallansa da, son məlumata görə, La Liqa təmsilçiləri öz aralarında dəyişiklik variantını müzakirə edirlər.

"Barselona"nın baş məşqçisi Ronald Kuman futbolçulara ödənilən maaşların azaldılmasını istəyir.

Bu mənada, 30 yaşlı fransalı forvardın gedişi maliyyə yükünü azalda bilər. Lakin "Atletiko" Nyigeslə Qrizmannı başabaş dəyişmək niyyəində deyil. Paytaxt klubu əlavə 20 milyon avro təzminat tələb edə bilər.

Ötən mövsüm "Barselona"nın heyətində bütün turnirlər daxil olmaqla 51 oyun keçirən Qrizmann 20 qol vurub, 13 məhsuldar ötürmə edib. Nyiges isə 41 matçda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qrizmann "Barselona"ya 2019-cu ildə məhz "Atletiko"dan keçib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"