Tanınmış ispaniyalı futbolçu Qətər klubunda

8 İyul 2021 22:00 İspaniya 1 141
Tanınmış ispaniyalı futbolçu Qətər klubunda

Xavi Martines karyerasını Qətərdə davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, o, “Qətər İK” ilə müqavilə bağlayıb.

Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Amma müqavilənin şərtləri barədə məlumat verilmir.

32 yaşlı ispan futbolçu başa çatan mövsümdən sonra “Bavariya”nı tərk etmişdi. O, bu klubda 2012-ci ildən çıxış edirdi.

Onun yeni klubu ötəm mövsüm Qətər çempionatını 6-cı pillədə bitirib. Çempion isə “Əl-Səəd” olub. Bu komandanı onun həmyerlisi - əfsanəvi Xavi çalışdırır.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı