Messi qalsa, Qrizmann “Barselona”dan gedəcək

8 İyul 2021 10:20 İspaniya 1 766
Messi qalsa, Qrizmann “Barselona”dan gedəcək

“Barselona”nın futbolçusu Antuan Qrizmann klubu tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi klubla müqaviləsi bitən Lionel Messi ilə yeni sözləşmə imzalasa,

Qrizmannı satacaq. Bu barədə AS nəşri məlumat yayıb.

Qrizmannın maaşı çox yüksəkdir və “Barselona” Messi ilə müqavilə imzaladıqdan sonra xərcləri azaltmaq üçün fransız futbolçunu sata bilər.

Qrizmannın adı “Mançester Siti” ilə hallanır.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı