"Penaltilərdə uduzmaqdan utanmıram - Özüm haqda düşünmək vaxtı deyil"

7 İyul 2021 14:50 İspaniya 787
"Penaltilərdə uduzmaqdan utanmıram - Özüm haqda düşünmək vaxtı deyil"

İspaniya millisinin kapitanı Serxio Buskets Avro-2020-nin yarımfinalında İtaliyaya penaltilər seriyasında 2:4 hesabı ilə uduzduqları oyundan danışıb.

Sportinfo.az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında rəqibdən üstün oynadıqlarını bildirib:

“Özüm haqqında düşünmək vaxtı deyil. Komandaya görə həm kədərlənirəm, həm fəxr edirəm. Çünki bu heyət gələcəkdə daha yaxşı uğurlara imza atacaq.

Bu səbəbdən burada olub-olmamağımın əhəmiyyəti yoxdur. Bu gün İtaliyadan daha üstün oynadıq və topa çox sahib olduq.

Rəqib yaxşı komanda olsa da, qələbəyə layiq idik. Penaltilərdə uduzmaqdan utanmıram, gəlin birlikdə gələcəyə nikbin baxaq. Dünya kubokuna 1 il yarım qalıb. Yolumuz yaxşıdır və fəxr etməliyik”.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı