Azad agent olan qapıçı ilə 4 illik müqavilə imzalandı

6 İyul 2021 10:20 İspaniya 869
Azad agent olan qapıçı ilə  4 illik müqavilə imzalandı

“Sevilya” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, La Liqa təmsilçisi serbiyalı qapıçı Marko Dmitroviçi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı qolkiperlə 4 illik müqavilə imzalanıb. Serbiya yığmasının üzvü yeni klubuna azad agent kimi keçib.

Dmitroviç 2017-ci ildən La Liqanın digər təmsilçisi “Eybar”da çıxış edirdi. O, daha öncə “Alkorkon, “Çarlton Atletik”, “Uypeşt” və “Srvena Zvezda” klublarının da formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!