Samuel Yuymtiti “Barselona”nı tərk etmək niyyətində deyil.
Sportinfo.az xəbər verir ki, “Barsa” rəhbərliyi futbolçuya müraciət ünvanlayaraq, heç bir kompensasiya istəmədən komandanı tərk etməyi xahiş eləmişdi.
Amma futbolçu bununla razılaşmayıb.
Onun “Barsa” ilə hələ iki illik müqaviləsi var. Bu müddətdə isə 35 milyon avro almalıdır. Məlumata görə, Samuel komandanı tərk etməyə bir şərtlə razıdır: icarəyə verilsə.
27 yaşlı futbolçu “Barsa”ya 2016-cı ildə “Lion”dan gəlib. O. ötən mövsüm 13 oyunda meydana çıxıb.

