Azərbaycanlı futbolçu Elmar Məmmədovun İspaniyaya yollanması barədə dünən oxucularımııza məlumat vermişdik.
Bir müddət öncə İstanbul klubunun seleksiya toplanışında iştirak edən gənc oyunçunun «Kadis»in diqqətini çəkməsini bildirmişdik.
O, artıq İspaniya komandasının U-19 komandasıının üzvüdür.
Yeni öyrəndiyimiz məlumata görə, Elmar «Xəzər Lənkəran»ın yetirməsidir.
Cənub təmsilçisinin heyətində AFFA-nın keçirdiyi müxtəlif yaş qrupları üzrə ölkə çempionatında çıxış edib. Onun «Kadis»in gənclər komandasının məşqlərinə də cəlb olunması gözlənilir.
SPORTİNFO.AZ

