Ona “əhsən” deməlidir, çünki...

29 İyun 2021 12:50 İspaniya 1 413
Ona “əhsən” deməlidir, çünki...

İspaniya yığmasının sabiq futbolçusu Qaiska Mendieta Xorvatiya ilə oyundan sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, İspaniya 1/8 finalda Xorvatiyaya əlavə vaxtda 5:3 hesabı ilə qalib gəlib.

Mendieta İspaniya yığması haqda xoş sözlər deyib:

“Necə də inanılmaz oyun. İspaniya yığmasının qələbəsinə çox sevinirəm. Bu komandanın xarakteri, ruhu, futbolçuların inamı məni cəlb edir.

Onların zərbədən sonra özlərinə gəlməsi, çətinliyi dəf etmələri olduqca cəlbedici idi. Luis Enrikenin əvəzetmələri də yerində idi.

Ona “əhsən” deməliyəm. Bütün komandanı yumruq kimi birləşdirməyi bacarıb”.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı