"Barselona" Qrizmannı satır - Maliyyə problemlərinə görə

28 İyun 2021 00:00 İspaniya 739
"Barselona" Qrizmannı satır - Maliyyə problemlərinə görə

Antuan Qrizmann yay transferi pəncərəsində "Barselona"nı tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, Direktorlar Şurası 30 yaşlı hücumçunun saxlanılmasının zəruriliyinə əmin deyil.

Klub koronavirus pandemiyasının səbəb olduğu maliyyə problemləri sınağı ilə üzləşib. Qrizmanın satışı yalnız büdcəni doldurmayacaq, həm də "Barselona"nın maaş siyahısını tənzimləyə bilər.

Klub hücumçunu transfer bazarına çıxarıb. Ancaq "Barselona"nın rəhbərliyi əlverişli təklifi gözləməyi planlaşdırır, axı oyunçu 120 milyon avroya alınıb.

Qrizmann 2019-cu ildən "Barselona"da çıxış edir. O, kluba "Atletiko"dan keçib.

Otuz yaşlı hücumçu başa çatan mövsümdə Primerada 36 matç keçirib, 13 qol (1 qol penalty ilə) vurub və 7 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti