"Mən onun hələ yanvarda transfer olunmasını istəyirdim"

17 İyun 2021 18:40 İspaniya 814
"Mən onun hələ yanvarda transfer olunmasını istəyirdim"

“Lion”un futbolçusu Memfis Depay karyerasını İspaniyada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, Depay “Barselona” ilə müqavilə bağlayacaq.

Bu barədə “Barsa”nın baş məşqçisi Ronald Kuman məlumat verib:

“Depayın transferi hələ rəsmiləşməyib. Amma məsələ, demək olar ki, həllini tapıb. Mən onun hələ yanvar ayında transfer olunmasını istəyirdim. Biz bir yerdə nə edəcəyimizi bilirik”.

Transferlə bağlı rəsmi açıqlamanın bu həftə veriləcəyi gözlənilir. Depayın təqdimatı isə Niderland yığması Avropa çempionatında çıxışı başa vurduqdan sonra olacaq. Onunla 3 illik müqavilə bağalanacaq.

Digər Xəbərlər
Xəbər Lenti