“Real” Superkuboku qazandı, o, matçın ən yaxşısı seçildi - FOTO

16 Avqust 2024 00:50 İspaniya 1 434
“Real” Superkuboku qazandı, o, matçın ən yaxşısı seçildi - FOTO

UEFA Superkuboku uğrunda ”Real Madrid” - “Atlanta” matçının ən yaxşı oyunçusu məlum olub.

Sportinfo.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.

Bildirilib ki, bu ada “Real”ın yarımmüdafiəçisi Cud Bellinqhem laiq görülüb.

Qeyd olunub ki, qərar futbolçunun meydanda topa yaxşı nəzarəti və ikinci qola töhfəsi əsasında verilib.

“Real Madrid” “Atalanta” klubunu 2:0 hesabı ilə məğlub edib. “Kral klubu”nun heyətində Federiko Valverde (60) və Kilian Mbappe (68) fərqləniblər.

Bununla da, “Real” altıncı dəfə UEFA Superkubokunun sahibi olub. İspaniya nəhəngi 2002, 2014, 2016, 2017 və 2022-ci illərdə də UEFA Superkubokunu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu