Karyerasını Premyer Liqada davam etdirəcək - "Barselona"nın müdafiəçisi

14 Avqust 2024 02:20 İspaniya 1 218
Karyerasını Premyer Liqada davam etdirəcək - "Barselona"nın müdafiəçisi

"Barselona"nın müdafiəçisi Julian Arauxo karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, "Bornmut" meksikalı futbolçunu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Premyer Liqa klubu 23 yaşlı sağ cinah müdafiəçisi üçün "Barselona"ya 10 milyon avro təzminat ödəyib. Arxa xətt oyunçusu yeni klubu ilə 5 illik müqavilə imzalayıb.

"Barselona" Julian Arauxonu 2023-cü ilin yanvar ayında "Los Anceles"dən transfer etmişdi. Meksika millisinin üzvü ötən mövsüm icarə əsasında "Las palmas"da çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti