“Onunla müqavilə imzalamaq istəyirik” - Klub prezidenti

25 Mart 13:10 İspaniya 918
“Onunla müqavilə imzalamaq istəyirik” - Klub prezidenti

“Barselona”nın prezidenti Xuan Laporta klubun “Napoli”nin yarımmüdafiəçisi Stanislav Lobotkanı almaq istəməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, klub prezidenti slovakiyalı futbolçu ilə müqavilə imzalamaq istədiklərini deyib:

“Biz Lobotka ilə müqavilə imzalamaq istəyirik. Mən artıq Deku (klubun idman direktoru) ilə onun haqqında danışmışam”.

Lobotka 2020-ci ilin yanvarında “Napoli”yə keçib. O, İtaliya klubunda 154 oyun keçirib, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 29 yaşlı slovakiyalının neapollularla müqaviləsi 2026/27 mövsümünün sonuna kimidir.

Futbolçu Slovakiya millisində 52 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!