Çerçesov Azərbaycanla oyuna çıxmayacaq

6 İyun 2024 08:50 İspaniya 1 100
Çerçesov Azərbaycanla oyuna çıxmayacaq

Qazaxıstan millisini Azərbaycan ilə yoldaşlıq görüşünə Stanislav Çerçesov çıxarmayacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyası məlumat yayıb.

Millinin iyunda keçiriləcək yoldaşlıq görüşlərində komandaya yeni təyin edilən baş məşqçi Stanislav Çerçesov rəhbərlik etməyəcək.

Komandanı Azərbaycan və Ermənistan milliləri ilə oyunlara baş məşqçinin köməkçisi Ruslan Baltiev hazırlayacaq.

Qazaxıstan - Azərbaycan oyunu iyunun 7-də keçiriləcək.

Qazaxıstan Futbol Federasiyası Çerçesovun təyinatını iyunun 3-də elan edib.

60 yaşlı rusiyalı mütəxəssisin son iş yeri 2023-cü ilin iyulunda tərk etdiyi Macarıstan "Ferensvaroş"u olub. Onun adı Azərbaycan millisi ilə də hallanırdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti