“Barselona”nın futbolçusu üçün 25 milyon avroluq təklif

23 Yanvar 2021 15:40 İspaniya 545
“Barselona”nın futbolçusu üçün 25 milyon avroluq təklif

Hazırda icarə əsasında “Betis”də çıxış edən “Barselona”nın futbolçusu Emerson karyerasını Fransada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı futbolçu PSJ-nin hədəfindədir.

Məlumata görə, Paris klubu bu keçid üçün qarşı tərəfə 25 milyon avro təklif edir.

Emersonun “Betis”lə icarə müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub.

Braziliyalı futbolçunun “Barselona” ilə müqaviləsi isə 2024-cü ilin yayında başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti