COP29

“İcarədən qayıdanda mənə inanan yeganə şəxs o idi”

13 İyun 00:20 İspaniya 1 673
“İcarədən qayıdanda mənə inanan yeganə şəxs o idi”

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes ötən mövsüm ona əsas komandada oynamaq imkanı verən sabiq baş məşqçi Xaviyə təşəkkür edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı komandada ona yeganə inanan şəxsin Xavi olduğunu bildirib:

“İarədən qayıdanda “Barselona”da mənə inanan yeganə şəxs Xavi idi. Buna görə ona hər zaman minnətdar olacam”.

21 yaşlı yarımmüdafiəçi İspaniya çempionatının ötən mövsümündə 8 qol vurub.

Hans-Diter Flik bu yaxınlarda “Barselona”nın yeni baş məşqçisi təyin olunub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?