“Qarabağ”a gəlişi ilə Avropaya səs salan yeni transferə 2 klub maraq göstərir

29 Dekabr 2023 11:00 İspaniya 1 510
“Qarabağ”a gəlişi ilə Avropaya səs salan yeni transferə 2 klub maraq göstərir

Rusiyanın 2 klubu “Qarabağ”ın qapıçısı Andrey Lunyovla maraqlanır.

Sportinfo.az xəbər verir ki, bu barədə “inkazan.ru” məlumat yayıb.

Bildirilir ki, Premyer Liqa təmsilçiləri “Rubin” və “Rostov” qapı xəttini 32 yaşlı qolkiperlə gücləndirmək fikrinə düşüblər. Hər iki klub Lunyovla müqavilə bağlamaq imkanlarını nəzərdən keçirir.

Andrey Lunyovun “Qarabağ”la müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir. Rusiya millisinin üzvü ölkəsində son olaraq 2017-2021-ci illərdə “Zenit”in formasını geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti