Tərəflər arasında yeni sözləşmə imzalanmayacaq - Premyer Liqa klubunda ayrılıq

21 May 10:20 İngiltərə 885
Tərəflər arasında yeni sözləşmə imzalanmayacaq - Premyer Liqa klubunda ayrılıq

İngiltərə Premyer Liqası təmsilçisi “Everton”un yarımmüdafiəçisi Abdulaye Dukure yayda komandanı tərk edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə 32 yaşlı futbolçu sosial şəbəkə hesabında bildirib.

Malili oyunçunun Liverpul kollektivi ilə müqavilə müddəti iyunun 30-da başa çatır. Tərəflər arasında yeni sözləşmə imzalanmayacaq.

2020-ci ildən “Everton”da çıxış edən Dukure bu klubun heyətində ümumilikdə 165 oyuna çıxıb və 21 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti