COP29

"Mən bundan sonra hansı addımlar atacağımı bilirəm"

30 Noyabr 2023 10:20 İngiltərə 1 107
"Mən bundan sonra hansı addımlar atacağımı bilirəm"

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Qalatasaray”la oyunu (3:3) şərh edib.

Sportinfo.az xəbər verir ki, o, komandasında müdafiənin kifayət qədər yaxşı olmadığını deyib:

“Biz liderliyi ələ keçirdik, sonra məğlub olduq. Üç xal qazanmalıydıq.

Bunu digər matçlarda da etdik. Komandanın oyunundan razıyam, amma eyni zamanda, müdafiənin kifayət qədər yaxşı olmadığı üçün onları tənqid etməliyəm.

Mən nəticəyə görə məsuliyyət daşıyıram. Biz irəliləyirik, təkmilləşirik və bu, çox ümidvericidir.

Düzgün istiqamətdə hərəkət edirik. Mən bundan sonra hansı addımlar atacağımı bilirəm. Bu bizə uzunmüddətli perspektivdə uğur gətirəcək”.

“Qırmızı şeytanlar” Çempionlar Liqasında qrup mərhələsinin başa çatmasına bir tur qalmış 4 xalla A qrupunda sonuncu yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"