Mahir Emreli: “Mən özümə və kluba borclu olduğumu hiss edirəm”

9 Avqust 2023 04:00 Bizimkilər 649
Mahir Emreli: “Mən özümə və kluba borclu olduğumu hiss edirəm”

"Bu klubun bir hissəsi olmaq fəxrdir.

Mən "Dinamo"nu uşaqlıqdan tanıyıram və həqiqətən də burada bir növ iz buraxmaq istəyirəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin və Zaqreb "Dinamo"sunun futbolçusu Mahir Emreli Xorvatiyanın sportske.jutarnji.hr saytına müsahibəsində bildirib.

Bu ilin fevral ayından mövsümün sonunadək icarə əsasında Türkiyə "Konyaspor"unda oynayan 26 yaşlı hücumçu "Dinamo"da oyun şansı əldə edərək öz potensialını göstərmək istədiyini deyib: "

Bu böyük klubun bir hissəsi olmağa layiq olduğumu göstərmək istəyirəm. Mən bunu ilk növbədə özümə, kluba və azarkeşlərə borclu olduğumu hiss edirəm.

Yeni baş məşqçi ilə bu yeni fürsətdən ilə istifadə edərək "Dinamo"ya niyə gətirildiyimi göstərmək istəyirəm. Buraya ehtiyatda qalmağa gəlməmişəm".

Forvard aprel ayında komandaya baş məşqçi təyin olunmuş İqor Bişçan haqqında da danışıb:

"Deyə bilirəm ki, o, “Dinamo”nun əfsanələrindəndir. Məşq prosesimiz əla keçir, həm əyləncəli, həm də sərt olur. Lakin biz topla çox işləyirik və mən bunu bəyənirəm.

Baş məşqçinin dünya görüşü xoşuma gəlir və görürsən ki, o, həqiqətən də futbolu başa düşür. Baş məşqçimiz biz oyunçularla necə ünsiyyət quracağını bilir.

Mövsüm başa çatandan sonra milli komandada oynadım və mümkün qədər tez qayıdıb Bişçanla çalışaraq özümü sübut etmək üçün cəmi 5 gün istirahət etdim".

Mahir "Dinamo"da qalmaq istədiyini qeyd edib:

"Özümə inanıram və “Dinamo”da qalmaq istəyirəm. Təbii ki, klubu da nəsə maraqlandırır. İndi diqqətimi yalnız meydana yönəldirəm.

O zaman "Dinamo" üçün də, mənim üçün də nəyin daha yaxşı olduğunu görəcəyik".

Emreli ötən ilin fevral ayında "Dinamo" ilə 4,5 illik müqavilə imzalamışdı.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!