"Bu, mənim üçün şok oldu! Qorxulu və narahatedici məqamdır"

26 May 2020 19:45 İngiltərə 536
"Bu, mənim üçün şok oldu! Qorxulu və narahatedici məqamdır"

"Bornmut"un qapıçısı Aaron Remsdeyl koronavirusa yoluxub.

Sportinfo.az xəbər verir ki, bu barədə 22 yaşlı kiper "The Sun" nəşrinə açıqlamasında deyib.

İngiltərəli qolkiper bildirib ki, onda infeksiya təkrar testdən sonra aşkarlanıb. U-21 millisinin üzvü virusa supermarketdə yoluxduğunu ehtimal edir: "Bu, mənim üçün şok oldu.

Heç kimlə ünsiyyətdə olmamışam, amma yoluxmuşam. Xəstəliyin heç bir simptomları yoxdur. Bu isə o deməkdir ki, sağlam insan belə, daşıyıcı ola bilər. Olduqca qorxulu və narahatedici məqamdır".

İngiltərə Premyer Liqasının oyunları martda pandemiya səbəbindən dayandırılıb. Mövsümün iyunda azarkeşsiz bərpa olunacağı gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR