“Liverpul”un azarkeşi Deyv Ronald vəfat edib.
Sportinfo.az xəbər verir ki, 65 yaşlı fanat koronavirus pandemiyası səbəbindən dünyasını dəyişib.
Ronald 1989-cu ildə “Hillsboro” stadionunda baş verən faciədə sağ qalmağı bacarmışdı. 1989-cu il, aprelin 15-də “Hilssboro” stadionunda keçirilən “Nottinqem Forest” – “Liverpul” matçı zamanı tribunalar çökmüşdü.
Hadisə nəticəsində 96 “Liverpul” azarkeşi vəfat etmişdi. Hadisədən sonra Ronald tribunaların dağıntıları yaxınlığında oturarkən şəkli şəkilmişdi. Həmin foto hadisəylə bağlı məhşur fotolardan biri idi.

