Premyer Liqa klubu 2 oyunçuya uzunmüddətli sözləşmə təklif edəcək

11 Aprel 2020 17:38 İngiltərə 717
Premyer Liqa klubu  2 oyunçuya uzunmüddətli sözləşmə təklif edəcək

“Everton” Qaret Beyl və Xames Rodrigezi heyətinə qatmaq niyyətindədir.

Sportinfo.az xəbər verir ki, Liverpul təmsilçinin baş məşqçisi Karlo Ançelotti iki futbolçunun da alınmasını istəyir.

Hazırda hər iki oyunçunun Madrid klubu ilə müqavilələri davam edir. Ancaq “Real” Beyl və Xamesi göndərməyə hazırdır. Baş məşqçi Zidan futbolçuların satılmasına razılıq verib.

“Everton” iki oyunçuya da uzun müddətli sözləşmə təklif edəcək. Bununla yanaşı, Ançelottinin “Real”da onlarla çalışması transferin gərçəkləşmə ehtimalını artırır.

Beyl cari mövsümdə 14 oyunda 2 qol vurubsa, Xames keçirdiyi 7 görüşdə 1 dəfə fərqlənə bilib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM