“Musa daha çox oynayaraq, daha da yaxşı olacaq”

29 Avqust 2023 02:30 Bizimkilər 697
“Musa daha çox oynayaraq, daha da yaxşı olacaq”

"Yurqorden"in baş məşqçisi Tomas Laqerlef komandanın azərbaycanlı hücumçu Musa Qurbanlı haqda danışıb.

Sportinfo.az xəbər verir ki, "Fotboll Sthlm" portalına danışan isveçli mütəxəssis Qurbanlının İsveç çempionatının 21-ci turunun "Dagerfors"la matçdakı (4:1) dublunu şərh edib:

"Musa daha çox oynayaraq, daha da yaxşı olacaq. O, işə başladı, oyunumuzun ritminə daxil oldu.

İndi komanda yoldaşlarını daha yaxşı tanıyır. Musa həqiqətən də çox yaxşı idi".

Digər Xəbərlər
Xəbər Lenti