Deyir ki, Özil “Arsenal”ın oyununu tormozlayır

1 Aprel 2020 17:38 İngiltərə 1 098
Deyir ki, Özil “Arsenal”ın oyununu tormozlayır

“Arsenal”ın sabiq futbolçusu Andrey Arşavin Məsut Özilin komandadakı rolu barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Arşavin Məsutu dünya səviyyəli futbolçu hesab etdiyini bildirib. Amma vurğulayıb ki, Özil komandanın oyununu ləngidir:

“Sözsüz, Məsuta böyük hörmətim var. O, dünya səviyyəli futbolçudur. Amma şəxsi fikrim odur ki, Özil “Arsenal”ın oyununu tormozlayır.

Mən onun mövqeyində başqa futbolçunu sınayardım. Amma görünür, Arteta başqa fikirdədir və ona güvənir. Bəli, Məsurt Londonda inkişaf etdi, amma “Arsenal”ın gələcəyində onu görmürəm”.

Digər Xəbərlər
Xəbər Lenti