“Turan”ın müdafiəçilərinə dəvət gəldi - Millilərdən

6 Noyabr 2023 02:10 Turan 663
“Turan”ın müdafiəçilərinə dəvət gəldi - Millilərdən

“Turan Tovuz”un legionerləri öz ölkələrinin milli komandalarına dəvət alıblar.

Sportinfo.az xəbər verir ki, Denis Marandiçi qarşıdakı 2 oyun üçün Moldova milli komandasına kömək edəcək.

Moldova yığması AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində 17 noyabr tarixində evdə Albaniya, 3 gün sonra isə səfərdə Çexiya ilə qarşılaşacaq.

Digər müdafiəçi Emmanuel Hakman isə Toqo millisinə dəvət alıb. O, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində 16 noyabrda səfərdə Sudan, 21 noyabrda isə doğma meydanda Seneqalla oyunlarda Toqo millisinin sərəncamında olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı