Anasının qəbrini ziyarət etməyə gedən tanınmış idman jurnalisti qəbiristanlıqda öldü

6 Noyabr 2023 00:50 Bizimkilər 1 111
Anasının qəbrini ziyarət etməyə gedən tanınmış idman jurnalisti qəbiristanlıqda öldü

Jurnalist Əli Fərəcov vəfat edib.

Sportinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Report-un məlumatına görə, mərhumun cansız bədəni anasının Maştağa qəbiristanlığında yerləşən qəbrinin yanında tapılıb.

İlkin məlumata görə, noyabrın 4-ü mərhumun anasının vəfat ildönümü olub. Ə.Fərəcov da bu məqsədlə anasının qəbrini ziyarət etməyə gedib.

Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır.

Mərhum jurnalist “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin əməkdaşı olub. O, həmçinin uzun illər idman jurnalistikası sahəsində çalışıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?