"Bavariya" Qnabrini yoldan çıxarıb

10 Oktyabr 2019 15:44 İngiltərə 632
"Bavariya" Qnabrini yoldan çıxarıb

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger “Bavariya”nın futbolçusu Sere Qnabri barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Qnabri 2012-2015-ci illərdə “Arsenal”da çıxış edib. Venger bildirib ki, futbolçunun “Arsenal”la müqaviləni uzatmasına “Bavariya” mane olub:

“O, həmişə istedadı ilə fərqlənib. Ancaq karyerasının müəyyən dönəmində özünəinamı çatışmırdı. Həmişə düşünürdük ki, uzun müddət kluba yüksək səviyyədə xidmət edə biləcək futbolçu var.

Sonra Qnabri “Vest Bromviç”dəki uğursuz icarə dönəmindən qayıtdı. Yenə də özünəinamı çatışmırdı. Mən bütün qüvvəmlə ona kömək etməyə çalışırdım.

Onunla müqaviləni uzatmaq üçün uzun müddət danışıq apardıq. Ancaq “Bavariya” bu məsələdə manipulyasiya etmişdi. O, futbolçunu inandırmışdı ki, “Verder”ə keçsə, qısa müddətdən sonra “Bavariya”da olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
3 Sentyabr 07:20 O da “Karvan”a qoşuldu
3 Sentyabr 01:10 Qırğızıstana uduzduq