Son oyununa Bakıda çıxan məşhur qapıçı xokkeyçi oldu

10 Oktyabr 2019 22:15 İngiltərə 510
Son oyununa Bakıda çıxan məşhur qapıçı xokkeyçi oldu

Məşhur çexiyalı qapıçı Peter Çex yenidən idmana qayıdır. Sportinfo.az xəbər verir ki, “Arsenal”ın və “Çelsi”nin sabiq qapıçısı bu dəfə bacarığını xokkeydə göstərəcək.

O, İngiltərənin 4-cü divizionunda çıxış edən “Qilford Feniks”lə müqavilə bağlayıb. Çex bu komandanın qapısını qoruyacaq. Çex məsələyə belə münasibət bildirib:

“Feniks”də oynayacağıma görə çox şadam. Ümid edirəm ki, bu gənc komandaya köməyim dəyəcək. 20 illik futbolçu karyerasından sonra özümü xokkeydə də sınamaq maraqlı olacaq”.

Xatırladaq ki, Peter Çexin futbolda sonuncu oyunu Bakıda olub. O, bu il mayın 29-da Avropa Liqasının finalında “Arsenal”ın heyətində “Çelsi”yə qarşı oynayıb və komandası məğlub olub – 1:4.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti