Fransız məşqçi: "Premyer Liqada çalışmaq istəmirəm"

9 Oktyabr 2019 10:00 İngiltərə 561
Fransız məşqçi: "Premyer Liqada çalışmaq istəmirəm"

Fransalı baş məşqçi Arsen Venger İngiltərə Premyer Liqasında çalışmaq istəmədiyini deyib.

Sportinfo.az xəbər verir ki, 70 yaşlı mütəxəssis bunu sabiq klubu "Arsenal"a bağlı olması ilə əlaqələndirib:

"Arsenal"a olan bağlılığa görə Premyer Liqada çalışmaq istəmirəm. İngiltərədən bir neçə təklif alsam da, rədd etdim. Öncə "Arsenal"a bağlıyam, daha sonra peşəkaram.

İnsanlar hər il daha çox uğur gözləyir. 20 il "Arsenal"la çempionatın ilk 4 pilləsində olduq. Yekunda bu, kifayət etmirdi. İndi isə "Arsenal" Çempionlar Liqasına qatılarsa, insanlar özünü xoşbəxt hiss edir".

Xatırladaq ki, Venger 1996-2018-ci illərdə "Arsenal"ı çalışdırıb. O, London klubuna üç dəfə Premyer Liqa çempionluğu qazandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM