"Mançester Yunayted" Sulşeri qovmağa tələsmir

8 Oktyabr 2019 15:52 İngiltərə 589
"Mançester Yunayted" Sulşeri qovmağa tələsmir

"Mançester Yunayted"in baş məşqçisi Ule-Qunnar Sulşer yaxın zamanlarda öz vəzifəsini tərk etməyəcək.

Sportinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi norveçli mütəxəssisə güvənir və onu qovmaq fikrində deyil.

Mançester təmsilçisinin vitse-prezidenti Ed Vudvord və klubun əsas sahibi olan Qleyzerlər ailəsi 46 yaşlı çalışdırıcıya tam dəstək verir. Onlar "qırmızı şeytanlar"ın keçid dövrü yaşadığını və yeni komandanın qurulmasının vaxt aparacağını başa düşürlər.

Qeyd edək ki, "Mançester Yunayted" bu mövsüm keçirdiyi 11 oyundan yalnız 3-də qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
3 Sentyabr 07:20 O da “Karvan”a qoşuldu
3 Sentyabr 01:10 Qırğızıstana uduzduq