Mourinyo Fransa klubunda? - FOTO

6 Oktyabr 2019 18:35 İngiltərə 870
Mourinyo Fransa klubunda? - FOTO

Portuqaliyalı məşqçi Joze Mourinyo Fransa çempionatının IX turunun "Lill" - "Nim" oyununu izləyənlər arasındadır.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu il ikinci dəfədir meydan sahiblərinin qarşılaşmasına tribunadan canlı tamaşa edir. Xarici mətbuat bunu 56 yaşlı çalışdırıcının "Lill"in sükanı arxasına mümkün keçidi ilə əlaqələndirir.

Qeyd edək ki, Mourinyonun son iş yeri "Mançester Yunayted" olub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM