"O, bilərəkdən komandanı zəiflətdi" - SƏRT İTTİHAM

4 Oktyabr 2019 12:40 İngiltərə 877
"O, bilərəkdən komandanı zəiflətdi" - SƏRT İTTİHAM

2009/2012-ci illərdə "Mançester Yunayted"də oynamış Maykl Ouen Avropa Liqasının qrup mərhələsinin "AZ Alkmaar"la oyunundan sonra "qırmızı şeytanlar"ı tənqid edib.

Sportinfo.az xəbər verir ki, o, "Mançester Yunayted"in çıxışı barədə bunları deyib: "Bəli, indi rahatlıqla demək olar ki, artıq "Mançester Yunayted” ortabab komanda statusunu alıb. Düşünmürəm ki, onlar bu mövsüm "top komanda"lardan biri olsun. Ola bilsin ki, turnir cədvəlində yüksək pillələrdə yer alsınlar. Amma komandanın durumu narahatlığa əsas verir".

Ouenin fikrincə, hazırkı komanda son illərin ən zəif "Mançester Yunayted"idir: "Son illərin ən zəif “Mançester Yunayted”ini görürük. Mənimlə razılaşırsınız? Yəqin 7-8 il əvvəl hamı fikirləşərdi ki, daha bundan da zəif komanda ola bilməz. Amma hər şey ortadadır. Ole-Qunnar Sulşer bilərəkdən komandanı zəiflətdi.

Romelu Lukaku, Errera, Mateo Darmian, Aleksis Sançes, Smollinq kimi futbolçuları komandadan göndərdi. O, bilirdi ki, bu futbolçular komandanı gücləndirə bilər. Amma Sulşer düşündü ki, bir neçə addım arxaya gedib daha sonra irəliyə getmək lazımdır. Sulşer hər şeyə sıfırdan başlamaq qərarına gəldi".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti