"Liverpul"un təklifini rədd edib: "Çox xoşbəxtəm"

3 Oktyabr 2019 19:02 İngiltərə 624
"Liverpul"un təklifini rədd edib: "Çox xoşbəxtəm"

"Lester"in müdafiəçisi Ben Çilvel "Liverpul"a keçidinin baş tutmadığına görə təəssüflənmədiyini deyib.

Sportinfo.az "Sky Sports"a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu 4-5 il əvvəl "mersisaydlılar"ın onu almaqda israr etdiklərini deyib.

"Onda 17 yaşım var idi, agentim dedi ki, "Liverpul" səni heyətinə qatmaqda israr edir. Ancaq mən komandamda qalmağa qərar verdim və geriyə boylananda ötən illərə nəzər salıram, qətiyyən peşman deyiləm. Artıq milli komandada çıxış edirəm. "Lester"də hamı mənə güvənir, hörmət edir. Çox xoşbəxtəm".

Çilvell cari mövsüm "tülkülər"in heyətində 6 dəfə meydana çıxıb, 1 qol vurub. O, 2018-ci ildən dəvət aldığı İngiltərə yığmasında hələlik 8 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM